A

UNEC-in Ümumi Fənlərin Tədrisinin Təşkili Departamentinin (ÜFTTD) təşkilatçılığı ilə 20 Yanvar faciəsinin otuz beşinci  ildönümünə həsr olunmuş tədbir keçirilib.

Tədbirin əvvəlində 20 yanvar faciəsində canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbiri giriş sözü ilə departamentin direktoru, dosent Gülnarə Rzayeva açaraq, 20 Yanvar hadisələri ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda aparılan mübarizə tarixinə əbədi qəhrəmanlıq səhifəsi kimi daxil olduğunu vurğulayıb. 

“Humanitar fənlər” kafedrasının müdiri, professor Vəkil Həsənov məruzəçi kimi çıxış edərək, 20 Yanvar faciəsinin tarixi, törədilmə səbəbləri və ağır nəticələri barədə ətraflı məlumat verib, Sovet ordusunun xalqımıza qarşı törətdiyi 20 Yanvar faciəsinin xalqımızın iradəsini qıra bilmədiyini və azadlıq mübarizəsinin 1991-ci ildə Azərbaycanın öz müstəqilliyini bərpa etməsi ilə nəticələndiyini diqqətə çatdırıb.

TOP XƏBƏRLƏR