UNEC Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı, Tələbə Gənclər Təşkilatının və UNEC Karyera Mərkəzinin tərəfdaşlığı ilə 8 mart Beynəlxalq Qadınlar Gününə həsr olunmuş "Azərbaycan Qadınlarının Gücü" adlı müsabiqənin "Seçim İmtahanı" mərhələsi keçirilib.
Seçim imtahanında iştirak etmək hüququ qazanmış UNEC-in 30 xanım tələbəsinə "Sahibkarlıq" mövzusunda 10 açıq sual təqdim olunub. 120 dəqiqə davam edən imtahanda qalib olan 10 tələbə "UNEC-in Ən Uğurlu Xanım Tələbəsi" adına layiq görülüblər.
Qaliblər 4 mart 2025-ci il tarixində, saat 14:00-da UNEC əsas tədris binası böyük akt zalında keçiriləcək "Azərbaycan Qadınlarının Gücü" adlı tədbirdə mükafatlandırılacaqlar.
Qalib tələbələrimizi təqdim edirik:
- İsayeva Şəfa Nizami / MBA / I kurs / Qrup A0-24
- Abdullayeva Ləman Vilayət / İqtisadiyyat və idarəetmə / III kurs / Qrup 157
- Məmmədova Aydan Adəm / İqtisadiyyat və idarəetmə / II kurs / Qrup 137
- Hacıyeva Aytac Ramin / İqtisadiyyat və iadrəetmə / II kurs / Qrup 222
- Musabalıyeva Nuray Rövşən / Rəqəmsal İqtisadiyyat / III kurs / Qrup 585-İ
- Rəhimli Günay Cəsarət / Maliyyə və mühasibat / I kurs / Qrup 436
- Əlizadə Nazilə Mərdan / Rəqəmsal İqtisadiyyat / II kurs / Qrup 562-İ
- Hacızadə Aygül Ramil / İqtisadiyyat və idarəetmə / II kurs / Qrup 204
- Alməmmədli Fatimə Coşqun / İqtisadiyyat və idarəetmə / II kurs / Qrup 139
- Əsgərova Ceyla Emil / “SABAH” Mərkəzi / III kurs / Qrup 405/1
UNEC-in bütün xanım əməkdaşlarını və tələbələri "Azərbaycan Qadınlarının Gücü" adlı tədbirdə iştirak etməyə dəvət edirik!