A

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) 95 illik yubileyi ilə bağlı təsdiq edilmiş tədbirlər planına uyğun olaraq Maliyyə və mühasibat fakültəsinin dekanı dosent Hafis Hacıyev və fəal tələbələr 11 aprel 2023-cü il tarixində Laçın istiqamətində düşmən təxribatının qarşısını alarkən şəhidlik zirvəsinə ucalmış Azərbaycan Ordusunun hərbi qulluqçusu, UNEC-in məzunu Vidadi Zalovun övladları ilə görüşüblər.

Bakı şəhəri Nizami rayonu 214 nömrəli tam orta məktəbdə keçirilən görüşdə Maliyyə və mühasibat fakültəsinin dekanı dosent Hafis Hacıyev şagirdlərlə həmsöhbət olub, uşaqların sağlam və firavan böyüməsinin, rifahının yüksəldilməsinin dövlət siyasətinin başlıca vəzifələrindən biri olduğunu qeyd edib və şəhid Vidadi Zalovun həyat və döyüş yolundan danışıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay