A

UNEC KİM-in 24/7 kitabxanası əməkdaşları “Tullantıları hədiyyələrə dəyiş” festivalında iştirak ediblər.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı, Yasamal Rayon İcra Hakimiyyətinin və müxtəlif tərəfdaş qurumların dəstəyi ilə baş tutan və tullantıların düzgün idarə olunması sahəsində əhalinin maarifləndirilməsi, çeşidləmə vərdişlərinin stimullaşdırılması məqsədini daşıyan bu festivala UNEC 24/7 kitabxana əməkdaşları tələbələrin təklifi, təşəbbüsü ilə “GƏLƏCƏYİMİZİ QORUYAQ!” şüarı altında kitabxanada toplanmış istifadə edilmiş birdəfəlik su stəkanları, eləcə də plastik su qablarının təhvil verilməsi ilə qatılıblar.

Qeyd edək ki, “GƏLƏCƏYİMİZİ QORUYAQ!” layihəsi 2024-cü ildə “Yaşıl dünya naminə həmrəylik ili” və “Yaşıl UNEC” ili çərçivəsində ərsəyə gəlib. Kitabxanada ilboyu 10 minə yaxın istifadə edilmiş birdəfəlik su stəkanları toplanıb. UNEC-in tələbələri bu stəkanlardan Yeni ildə yolka hazırlayaraq, “Tullantıdan sənətə” aksiyasında iştirak ediblər.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay