Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) tərəfdaş olduğu, QS və Exeter Universitetinin birgə təsis etdiyi Future17 beynəlxalq proqramı çərçivəsində tərəfdaş ali təhsil müəssisələrinin tələbələrinin ilk tanışlıq görüşü keçirilib.
İlkin görüşdə UNEC-lə yanaşı Exeter Universiteti (Böyük Britaniya), Auckland Universiteti (Yeni Zelandiya), Stellenbosch Universiteti (Cənubi Afrika), Satbayev Universiteti (Qazaxıstan), Hong Kong Çin Universiteti və digər nüfuzlu ali təhsil müəssisələrinin tələbələri iştirak ediblər.
Tədbir zamanı tələbələr Future17 proqramının məqsədi, istiqamətləri və fəaliyyət planı ilə tanış olublar. Layihənin icrası ilə bağlı təqdimatla çıxış edən proqram rəhbəri Zoya Zaitseva, həmçinin universitetlər üzrə koordinatorlar – Christina Nam, Richard Follett və Corina du Toit iştirakçılara müvafiq platformalarda qeydiyyat, fəaliyyət planlarının strukturu və gözləntilər barədə ətraflı məlumat veriblər.
Görüşün sonunda iştirakçıların sualları cavablandırılıb.