UNEC-in 3 saylı tədris binasında Mühəndislik fakültəsinin “Mühəndislik və tətbiqi elmlər” kafedrasının təşkilatçılığı ilə "Elmi araşdırmalar və innovasiyalar üçün qrant yazma prosesində strateji yanaşmalar və idarəetmə texnologiyaları" mövzusunda seminar-təlim keçirilib.
UNEC-in Elmi fəaliyyətin təşkili və idarə edilməsi departamentinin Texnologiya Transfer şöbəsinin müdiri Vəkil İbrahimov daxili qrant müsabiqəsi haqqında ümimi məlumat verdikdən sonra, təlimçilər "Mühəndislik və tətbiqi elmlər kafedrası"nın müdiri dos. Tural Nağıyev və “Elm və Təhsil Nazirliyi Radiasiya Problemləri İnstitutu”nun baş elmi işçisi prof. Elçin Hüseynov dünyada və Azərbaycanda qrant verən təşkilatlar, uğurlu qrant layihələrinin yazılma qaydaları, eləcə də UNEC-də elan edilmiş daxili qrant müsabiqəsinin şərtləri və layihələrin uğurla tərtib olunması qaydaları haqqında ətraflı məlumat veriblər.
Sonda təlim iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.