UNEC-in Biznes və menecment fakültəsində “Asudə vaxtın idarə edilməsi”mövzusunda təlim keçirilib.
Tədbirdə çıxış edən Biznes və menecment fakültəsinin katibi Elxan Salayev mövzunun aktuallığını vurğulayaraq, təhsil və şəxsi həyatın tarazlığını təmin etməyin özünü inkişaf üçün çox vacib olduğunu qeyd edib. Həmçinin o, bildirmişdir ki, tələbələrin asudə vaxtlarını səmərəli keçirmələri üçün müxtəlif tədbirlərin təşkil edilməsi zəruridir. Bu cür fəaliyyətlər, gənclərin sosial bacarıqlarını inkişaf etdirməyə kömək edə bilər.
Sonra UNEC Psixoloji Xidmət Mərkəzinin psixoloqu Küşvər Abdullayeva “Asudə vaxtın planlaşdırılması” mövzusunda tələbələr qarşısında təqdimatla çıxış edib. Təlimdə asudə vaxtın effektiv istifadəsi üçün müxtəlif strateji metodlar təqdim olunub və iştirakçılar arasında interaktiv müzakirələr aparılıb.
Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.