UNEC-in İqtisadiyyat və idarəetmə fakültəsində “Dayanıqlı inkişaf məqsədlərinin maarifləndirilməsi” adlı seminar keçirilib.
Seminarda İqtisadiyyat kafedrasının baş müəllimi Zeynəb Qiyasova çıxış edərək, tələbələrə qlobal dünyanın XXI əsr gündəliyindən bəhs edib. O, 2015-ci ildə Birləşmiş Millətlər Təşkilatı tərəfindən dünya ölkələri qarşısında qoyulan əsas hədəflər, planeti qorumaq istiqamətində ölkələrin əsas öhdəlikləri, yoxsulluğa və aclığa son, uşaq və ana ölümlərinin azaldılması, gender bərabərliyi məsələləri, təhsildə əlçatanlıq və keyfiyyətin təminatı, layiqli iş imkanlarına çıxış yolları barədə iştirakçılara ətraflı məlumat verib.
Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.