A

UNEC-in İqtisadiyyat və idarəetmə fakültəsinin “İctimai idarəetmə və sosial innovasiyalar” kafedrasının nəzdində fəaliyyət göstərən “Əqlmən” tələbə elmi klubunun təşkilatçılığı ilə 2025-ci ilin “Konstitusiya və suverenlik ili” elan olunması ilə bağlı tədbir keçirilib.

Tədbirin əvvəlində kafedranın dosenti, tələbə elmi klubunun rəhbəri, mentor Zakir Malayevin tədbir haqqında iştirakçılara ətraflı məlumat verib. Həmçinin, tədbirdə tələbələr ölkəmizin müasir tarixi, konstitusiya aktının qəbulu, dövlətçilik məfkurəsinin öyrənilməsinə həsr olunmuş müxtəlif mövzularda təqdimatlar ediblər.

Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.

TOP XƏBƏRLƏR