A

UNEC-in İqtisadiyyat və idarəetmə fakültəsində tələbələr üçün sağlam həyat tərzinə həsr edilmiş maarifləndirici tədbir təşkil olunub.

Tədbirdə “İctimai idarəetmə və sosial innovasiyalar” kafedrasının müdiri, dosent Elşən Məmmədov mövzu ilə bağlı geniş çıxış edib. O, çıxışı zamanı əhalinin sağlamlığının qorunması, xüsusilə gənclərin sağlam ruhda tərbiyəsinin ölkəmizdə hər zaman prioritet məsələlərdən biri olduğunu vurğulayıb.

Dosent Elşən Məmmədov zərərli vərdişlərin yalnız fərdi sağlamlığa deyil, həmçinin cəmiyyətin inkişafı, insan fəaliyyətinin məhsuldarlığı, yaradıcılıq qabiliyyəti və ətraf mühitə mənfi təsir göstərdiyini diqqətə çatdırıb. Tədbir iştirakçılarına sağlam həyat tərzinin mahiyyəti, formalaşma mərhələləri və bu istiqamətdə əsas təsiredici amillər barədə ətraflı məlumat verilib.

Tədbirin sonunda tələbələrin mövzu ilə bağlı verdiyi suallar cavablandırılıb və interaktiv müzakirələr aparılıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay