UNEC-in Rus İqtisad Məktəbində (RİM) Diplomatik Klubun təşəbbüsü ilə miqrantlar probleminə əsaslanan diplomatik keys – simulyasiya oyunu keçirilib.
Oyun zamanı komandalar seçkiqabağı dövrdə siyasi partiyanın etnik qarşıdurmadan istifadə cəhdinə dair arqumentli çıxışlarla çıxış ediblər.
Münsiflər heyətinə rəhbərlik edən, “Beynəlxalq Münasibətlər” sahəsində dərs deyən direktor müavini Anar Eyyubovun başçılığı ilə təqdimatlar müxtəlif meyarlar üzrə qiymətləndirilib. Yaradıcı yanaşması ilə seçilən "Xaç Atalarının məntiqi" komandası qalib elan olunub.
Keysə göstərilən böyük maraq nəzərə alınaraq, gələcəkdə digər mövzularda da bu formatda simulyasiya oyunlarının mütəmadi keçirilməsi qərara alınıb.