A

UNEC-in Rus İqtisad Məktəbində “İnsan hüquqları aylığı” çərçivəsində tələbələr üçün maarifləndirici intellektual yarış təşkil olunub.

Yarış Rus İqtisad Məktəbinin direktor müavini Anar Eyyubovun təşəbbüsü ilə baş tutub.

İntellektual oyunun sualları müxtəlif sosial qrupların – qadınların, uşaqların, irqi və etnik azlıqların, eləcə də tələbələrin hüquqları mövzusunu əhatə edib. Yarışın məqsədi gənclər arasında insan hüquqları ilə bağlı bilikləri artırmaq, hüquqi maariflənməni təşviq etmək və tələbələrdə bu sahəyə maraq oyatmaq olub.

Yarışın sonunda qalib gələn iştirakçılar insan hüquqları sahəsində tanınmış mütəfəkkirlərin kitabları ilə mükafatlandırılıblar.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay