10 may tarixində Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) İqtisadiyyat və idarəetmə fakültəsinin dekan müavini Rahim Mürsəlov və Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) fəal üzvləri Vətən müharibəsində qəhrəmancasına şəhid olan UNEC məzunu Hüseyn Muradovun doğum günü münasibətilə onun məzarını ziyarət ediblər.
2020-ci ilin 8 oktyabr tarixində Hadrut uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan Hüseyn Muradovun xatirəsi ziyarət zamanı böyük hörmət və ehtiramla yad edilib, ailəsinə başsağlığı verilib, dualar oxunub.
Hüseyn Muradov Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda" və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunub.
Əgər yaşasaydı, bu il onun 31 yaşı olacaqdı.
Ruhu şad, məkanı cənnət olsun. Allah rəhmət eləsin!