Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) 95 illik yubileyi münasibətilə Biznes və Menecment fakültəsində tələbələr arasında “UNEC bizə nə verdi?” mövzusunda esse müsabiqəsi keçirilib.
Müsabiqə çərçivəsində tələbələrin universitet barədə düşüncələrini ifadə etməklə yanaşı, onların analitik təfəkkür və yazı bacarıqlarının inkişafına dəstək vermək olub. Tələbələr esselərində UNEC-in onlara qazandırdığı bilik, bacarıq, təcrübə və fürsətləri müxtəlif aspektlərdən şərh ediblər.
Müsabiqənin nəticələrinə əsasən I yerin qalibi Zərifə İsmayılzadə, II yeri Nərmin Babayeva, III yerin sahibi isə Vüqar Hüseynli olub.
Qaliblərə sertifikatlar Biznes və Menecment fakültəsinin dekanı dosent Mirağa Əhmədov və “Biznes və Logistika” kafedrasının müdiri dosent Məhəmməd Əliyev tərəfindən təqdim edilib.