A

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Biznes və menecment fakültəsində I kurs tələbələri ilə görüş keçirilib.

Fakültənin dekanı dosent Mirağa Əhmədov yeni qəbul olunan tələbələri təbrik edib, onlara təhsillərində uğurlar arzulayıb. O, 2025/2026-cı tədris ilində fakültəyə 519 nəfər tələbənin qəbul olunduğunu, ən yüksək nəticə ilə qəbul olan Murad Cəbiyevin isə 584,9 balla “Biznesin idarə edilməsi” ixtisasını seçdiyini qeyd edib.

Dekanın sözlərinə görə, bu il “Marketinq”, “Beynəlxalq ticarət və logistika”, “Biznesin idarə edilməsi” və “Menecment” ixtisasları üzrə keçid balları əvvəlki illə müqayisədə daha yüksək olub.

Görüşdə fakültənin müxtəlif struktur rəhbərləri və mütəxəssisləri də çıxış edərək tələbələri elektron universitet modeli, beynəlxalq mübadilə proqramları, UDİD, Minor, xüsusi təqaüd imkanları və UNEC-in müasir infrastrukturu barədə məlumatlandırıblar.

Sonda tələbələrin sualları cavablandırılıb.

TOP XƏBƏRLƏR