A

UNEC-in Rus İqtisad Məktəbində (RİM) I kurs tələbələri ilə ümumi tanışlıq görüşü baş tutub.

Tədbirdə məktəbin direktoru dosent Mənsur Bərxudarov UNEC rəhbərliyi və inzibati strukturları adından tələbələri universitetə qəbul olunmaları münasibətilə təbrik edib, onlara uğurlar arzulayıb. O, qeyd edib ki, 2025/2026-cı tədris ilində RİM-ə 10 ixtisas üzrə 390 nəfər qəbul olub. Fakültə üzrə ən yüksək nəticəni isə “Maliyyə” ixtisasının tələbəsi Nəzrin Mirzəzadə 597,8 balla göstərib.

Görüşdə fakültənin müxtəlif struktur rəhbərləri çıxış edərək tələbələri RİM-in nəzdində fəaliyyət göstərən “Tətbiqi iqtisadiyyat” kafedrasının rəhbərliyi ilə tanış ediblər.

Tədbirdə UNEC-in tədris prosesinin əsas aspektləri diqqətə çatdırılıb, tələbələrə elektron universitet modeli, beynəlxalq mübadilə proqramları ikili diplom proqramları, UDİD, Minor, xüsusi təqaüd imkanları və UNEC-in müasir infrastrukturu barədə ətraflı məlumat təqdim verilib.

Sonda tələbələrin sualları cavablandırılıb.

TOP XƏBƏRLƏR