A

Sentyabrın 21-i II Qarabağ müharibəsində qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalmış UNEC məzunu Verdiyev İsaxın doğum günü idi. Yaşasaydı, 28 yaşını qeyd edəcəkdi.

Şəhidimizin doğum günü münasibətilə onun ailə üzvləri, UNEC Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədr müavini Həsən Həşimov və fəal tələbələr məzarını ziyarət edib, əziz xatirəsini ehtiramla yad edərək, məzarı önünə gül dəstələri düzüblər.

Allah bütün şəhidlərimizə rəhmət eləsin.

Ruhları şad, məkanları cənnət olsun!

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay