UNEC-in Rus İqtisad Məktəbində Anım Gününə həsr olunmuş tədbir təşkil edilib.
Tədbirin əvvəlində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Vətən uğrunda canından keçmiş Şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Daha sonra RİM-in direktor müavini, dosent Anar Eyyubov 2020-ci ilin Vətən müharibəsinə aparan yol, münaqişənin səbəbləri, beynəlxalq güc mərkəzlərinin ikili standartları barədə tələbələrə ətraflı məlumat verib.
Tədbir bədii hissə ilə davam edib, əsasən yeni qəbul olunmuş tələbələrin ifasında, onlara dəstək olaraq isə fəal və təcrübəli tələbələrin iştirakı ilə müharibəyə həsr olunmuş şeirlər səsləndirilib.
Sonda Anım Gününə həsr edilmiş sənədli film nümayiş etdirilib.