UNEC-in Türk Dünyası İqtisad (TUDİFAK) fakültəsində “İnsan kapitalına sərmayə” mövzusunda seminar keçirilib.
Tədbirdə insan resurslarının inkişafı, təhsil və biliklərin iqtisadi artıma təsiri, eləcə də müasir çağırışlara uyğun olaraq insan kapitalına yatırımların əhəmiyyəti müzakirə olunub.
Seminarda çıxış edən "İqtisadiyyat və işlətmə" kafedrasının müəllimi Maqsud Mirzəyev mövzunun nəzəri və praktiki tərəflərini iştirakçılarla bölüşüb, insan kapitalının davamlı inkişaf və rəqabət qabiliyyətinin artırılmasında əsas amil olduğunu vurğulayıb.
Sonra fakültənin dekan müavini Cavahirxanım Məmmədova və digər iştirakçılar insan kapitalına sərmayənin müxtəlif istiqamətləri, ölkəmizdə bu sahədə mövcud imkanlar və perspektivlər barədə fikir mübadiləsi aparıblar.
Sonda mövzu ətrafında tələbələrin sualları cavablandırılıb.