UNEC-in Türk Dünyası İqtisad Fakültəsində (TUDİFAK) “Narkomaniyaya qarşı birlikdə mübarizə aparaq” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirin əsas məqsədi gənclər arasında sağlam həyat tərzinin təbliği, narkomaniyanın fəsadları barədə ictimaiyyətin məlumatlandırılması və tələbələrdə məsuliyyət hissinin artırılması olub.
Tədbirdə çıxış edən "İqtisadiyyat və işlətmə" kafedrasının baş müəllimi Nəriman Xanəhmədov narkomaniyanın fərd, ailə və cəmiyyət üçün doğurduğu ağır nəticələrdən söz açıb. O, xüsusilə gənclərin düzgün seçim etməsinin, zərərli vərdişlərdən uzaq durmasının vacibliyini vurğulayıb və tələbələri sağlam həyata çağırıb.
Çıxış zamanı qeyd olunub ki, narkomaniya ilə mübarizə yalnız hüquq-mühafizə orqanlarının deyil, bütövlükdə cəmiyyətin üzərinə düşən məsuliyyətdir. Bu istiqamətdə hər bir vətəndaşın maarifləndirilməsi, xüsusən də gənc nəsil arasında profilaktik işlərin gücləndirilməsi zəruridir.
Tədbir tələbələrin fəal iştirakı ilə davam edib, mövzu ətrafında müzakirələr aparılıb və suallar cavablandırılıb.