A

UNEC-in Biznes və menecment fakültəsində süni intellekt sahəsində tədqiqatların təşviqi məqsədilə maarifləndirici seminar keçirilib.

Seminarda çıxış edən dekan müavini, dosent Elbrus Əkbərov süni intellektin praktiki tətbiqlərdəki əhəmiyyətini vurğulayıb və texnoloji tərəqqinin insan həyatının müxtəlif sahələrində oynadığı rolu diqqətə çatdırıb.

Sonra “Biznes və Logistika” kafedrasının müəllimi Ayaz Tağıyev tərəfindən süni intellekt texnologiyalarında son irəliləyişlər, maşın öyrənmə prinsipləri və böyük verilənlər analitikasının biznes sahəsindəki tətbiqləri ilə bağlı geniş təqdimat edilib.

Tədbir iştirakçıları süni intellektin cəmiyyətə təsiri, onun potensial imkanları və riskləri barədə ətraflı məlumat əldə ediblər. Seminar tələbələr üçün texnologiyanın biznes və idarəetmədəki rolunu daha dərindən anlamaq və bu sahədə düşüncə formalaşdırmaq baxımından əhəmiyyətli olub.

Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.

TOP XƏBƏRLƏR