UNEC-in Biznes və menecment fakültəsi və UNEC Psixoloji Xidmət Mərkəzinin birgə təşkilatçılığı ilə tələbələr üçün “Erkən nikaha yox deyək” mövzusunda maarifləndirici seminar keçirilib.
Tədbirin açılışında fakültənin dekan müavini dosent Nigar Hüseynova mövzunun əhəmiyyətindən danışıb. O, belə tədbirlərin gənclərin inkişafına müsbət təsir göstərəcəyini vurğulayıb.
Sonra Psixoloji Xidmət Mərkəzinin psixoloqu Küşvər Abdullayeva çıxış edərək, gənclərin sağlam psixoloji inkişafı barədə mühüm məqamları tələbələrin nəzərinə çatdırıb. Psixoloq erkən nikahların cəmiyyətdəki kök səbəblərini, bu nikahların fərd və cəmiyyət üçün mənfi nəticələrini, eləcə də psixoloji təsirlərini tələbələrə ətraflı izah edib.
Sonda tələbələrin mövzu ətrafında sualları cavablandırılıb.