A

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Rus İqtisad Məktəbində (RİM) dövlət proqramlarının icrası çərçivəsində "Maliyyə bazarlarının əsas alətləri, mahiyyəti və ölkəmizin inkişafındakı əhəmiyyəti" mövzusunda maarifləndirici tədbiri keçirilib.

Seminarın əsas məqsədi tələbələrə maliyyə bazarlarının funksiyaları, alətləri və onların iqtisadi inkişafa təsiri barədə ətraflı məlumat vermək, eləcə də bu sahədə onları fəal düşünməyə təşviq etmək olub.

Tədbirdə əsas məruzəçi qismində UNEC-in "Tətbiqi iqtisadiyyat" kafedrasının dosenti Nigar xanım Aşurbəyli çıxış edib. O, mövzu üzrə geniş təqdimatla çıxış edərək maliyyə bazarlarının strukturu, əsas iştirakçıları və bazar alətlərinin praktik tətbiqləri barədə ətraflı məlumat verib.

Diskussiya formatında keçirilən tədbirdə tələbələrlə interaktiv müzakirələr aparılıb və onların sualları cavablandırılıb. 

TOP XƏBƏRLƏR