Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) İqtisadiyyat və idarəetmə fakültəsi, Türk Dünyası İqtisad Fakültəsi (TUDİFAK) və Rus İqtisad Məktəbində (RİM) Azad Mirzəcanzadə İnkişaf Proqramı çərçivəsində tələbələr üçün informasiya sessiyası keçirilib.
Sessiyanın məqsədi gənclərdə innovativ düşüncə tərzinin formalaşdırılması, sosial məsuliyyət hissinin gücləndirilməsi və elmi yanaşma bacarıqlarının inkişafına dəstək göstərmək olub.
Tədbirdə Azad Mirzəcanzadə İnkişaf Proqramının direktoru Leyla Seyidzadə çıxış edərək, iştirakçılara proqramın əsas istiqamətləri barədə ətraflı məlumat verib. Həmçinin proqram çərçivəsində tələbələr üçün nəzərdə tutulan mentorluq, təlim və maliyyə dəstəyi imkanlarını iştirakçıların diqqətinə çatdırıb.
Sonda tələbələrin proqramla bağlı sualları cavablandırılıb.