A

UNEC Psixoloji Xidmət Mərkəzi və Biznes və menecment fakültəsinin birgə təşkilatçılığı ilə tələbələr üçün "Sağlam həyat tərzi" mövzusunda maarifləndirici təlim keçirilib.

Təlimin məqsədi gənclər arasında sağlam həyat tərzinin təşviqi və psixoloji rifahın artırılması olub.

Tədbirdə UNEC Psixoloji Xidmət Mərkəzinin psixoloqu Abdullayeva Küşvər çıxış edərək mövzunun əhəmiyyətinə toxunub. O, "Sağlam gənclər, sağlam gələcəyimizdir" şüarını vurğulayaraq, sağlam həyat tərzinin fiziki və psixoloji cəhətdən balanslı inkişaf üçün vacib olduğunu qeyd edib.

Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.

TOP XƏBƏRLƏR