A

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) İqtisadiyyat və idarəetmə fakültəsinin məzunu şəhid Əli Ələkbərovun doğum günü qeyd edilib.

Şəhidin doğum günü münasibəti ilə UNEC-in İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı Elçin Eyvazov, fakültənin professor-müəllim heyəti və tələbələri Xırdalan şəhidlər xiyabanında Əli Ələkbərovun məzarını ziyarət edib, önünə gül dəstələri düzüb və əziz xatirəsini dərin ehtiramla yad ediblər.

Sonra Xırdalan şəhəri Heydər Əliyev Mərkəzində Əli Ələkbərova həsr edilmiş anım tədbiri keçirilib.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən Əli Ələkbərov ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü", "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.

TOP XƏBƏRLƏR