A

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Psixoloji Xidməti Mərkəzinin təşkilatçılığı ilə Türk Dünyası İqtisad Fakültəsində (TUDİFAK) “İmtahan dövründə stressin idarə olunması yolları” mövzusunda maarifləndirici seminar keçirilib.

Seminarda psixoloq Mərziyə Əzməmmədova tələbələrə imtahan dövründə yaranan stressin başlıca səbəbləri, onun psixoloji və fizioloji təsirləri barədə geniş məlumat verib. O, streslə mübarizədə təsirli metodlardan bəhs edib və tələbələrə bu texnikaları gündəlik həyatlarında necə tətbiq edə biləcəklərini praktiki məşğələlər vasitəsilə izah edib.

Bundan əlavə, seminar iştirakçılarına motivasiyanın qorunması, vaxtın düzgün idarə olunması və imtahanlara daha effektiv şəkildə hazırlaşmaqla bağlı faydalı tövsiyələr verilib.

Sonda tələbələrin sualları cavablandırılıb.

TOP XƏBƏRLƏR