A

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Dizayn Məktəbinin təşkilatçılığı ilə “Narkotik öldürür” mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan UNEC Dizayn Məktəbinin direktoru, dosent Lalə Məmmədova narkotiklərin qanunsuz dövriyyəsinin müasir dövrün ən təhlükəli ictimai bəlalarından biri olduğunu vurğulayıb. O, narkomaniyanın təkcə fərdlərə deyil, bütövlükdə cəmiyyətə, onun təhlükəsizliyinə və inkişafına ciddi təhdid yaratdığını qeyd edib.

Sonra Dizayn kafedrasının müdiri, dosent Elfanə Qasımova  narkotik asılılığının fərdin psixoloji və fiziki sağlamlığına vurduğu zərərlərdən danışıb. O, narkotik istifadəsinin insan şəxsiyyətinin deqradasiyasına, müxtəlif cinayətlərin törədilməsinə təkan verməsinə, cəmiyyətin maddi, texniki və intellektual potensialının zəifləməsinə səbəb olduğunu vurğulayıb. Həmçinin genefondun pisləşməsi və gənc nəslin gələcəyinin risk altında qalması kimi fəsadlara da toxunub.

Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.

TOP XƏBƏRLƏR