Rəqəmsal İqtisadiyyat fakültəsində Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) təsis edilməsinin 80 illiyinə həsr olunan intellektual bilik yarışı təşkil olunub.
Yarışın məqsədi tələbələrin elmi biliklərini artırmaq, intellektual potensiallarını üzə çıxarmaq və elmə maraqlarını stimullaşdırmaq olub. Komandalar arasında gərgin və maraqlı bilik mübarizəsi şəraitində keçən yarışın sonunda qalib və fərqlənən tələbələr Rəqəmsal İqtisadiyyat fakültəsi tərəfindən diplom və təşəkkürnamələrlə təltif olunublar.