A

AMEA-nın 80 illik yubileyi münasibətilə UNEC də Ümumi fənlərin tədrisinin təşkili departamenti və “Karyera planlaşdırılması və inkişafı” kafedrasının birgə  təşkilatçılığı ilə tələbələr arasında intellektual bilik yarışı keçirilib.

Tədbir gənclərin elmi dünyagörüşünün inkişaf etdirilməsi, analitik düşünmə və komandada işləmək bacarıqlarının gücləndirilməsi məqsədilə təşkil olunub. 

Yarışda UNEC-in müxtəlif fakültələrindən olan tələbələr iştirak edərək elm, texnologiya, iqtisadiyyat, mədəniyyət və sosial məsələlər üzrə biliklərini sınayıblar. Eyni zamanda həm nəzəri biliklərini, həm də sürətli qərarvermə və komanda ruhunu nümayiş etdiriblər. 

Yarışın əvvəlində çıxış edən “Karyera planlaşdırılması və inkişafı” kafedrasının müdiri, dos. Rəşad Məhərrəmov AMEA-nın 80 illik fəaliyyətinin Azərbaycan elminin inkişafında mühüm rol oynadığını qeyd edərək, bu cür tədbirlərin gənclərin intellektual potensialının və elmi maraqlarının artırılmasına xidmət etdiyini vurğulayıb. 

Qələbə uğrunda gərgin və maraqlı keçən mübarizənin qalib komandaları həvəsləndirici hədiyyələrlə təltif olunublar.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay