A

UNEC Dizayn Məktəbi və Psixoloji Xidmət Mərkəzinin birgə təşkilatçılığı ilə “İmtahan stressi və onun idarə olunması yolları” mövzusunda seminar keçirilib.

Tədbirin əsas məqsədi tələbələrin imtahan dövründə qarşılaşdıqları psixoloji gərginliyi azaltmaq, stressin idarə olunması və effektiv hazırlıq üsulları barədə maarifləndirmək olub.

Seminarda Psixoloji Xidmət Mərkəzinin psixoloqu Küşvər Abdullayeva tələbələrə imtahan həyəcanının yaranma səbəbləri, stress yaradan amillər və bu hallarla mübarizə yolları haqqında ətraflı məlumat verib. Psixoloq imtahan ərəfəsində düzgün planlaşdırmanın, sağlam yuxu və qidalanma rejiminin, eləcə də emosional tarazlığın qorunmasının əhəmiyyətini vurğulayıb.

Sonda tələbələrin sualları cavablandırılıb, onlara fərdi məsləhətlər verilib.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay