A

UNEC-in Ümumi fənlərin tədrisinin təşkili departamentinin təşkilatçılığı ilə “Case-Based Interactive Storytelling metodunun tədris prosesində tətbiqi imkanları” mövzusunda elmi-metodik seminar keçirilib.

Tədbiri departamentin direktoru, dosent Gülnarə Rzayeva açaraq qeyd edib ki, tədrisin keyfiyyətinin yüksəldilməsi məqsədilə süni intellekt əsaslı yanaşmaların və innovativ tədris metodlarının tətbiqinə dair silsilə seminarlar təşkil olunur. Bu seminarların məqsədi müəllimləri müasir pedaqoji və rəqəmsal yanaşmalarla tanış etmək, onların bu metodlardan səmərəli istifadə bacarıqlarını artırmaq, eləcə də tələbəyönümlü, interaktiv və nəticəyönümlü dərs mühitinin formalaşmasına dəstək verməkdir.

Seminarda “Case-Based Interactive Storytelling” (hadisə əsaslı interaktiv hekayələndirmə) metodunun mahiyyəti, struktur prinsipləri və qeyri-ixtisas fənlərinin tədrisində tətbiqi imkanları barədə “Humanitar fənlər” kafedrasının müəllimi Fidan Əliyeva geniş təqdimatla çıxış edib. O, bu metodun tələbələrdə analitik düşünmə, problem həll etmə, qərarvermə və kommunikasiya bacarıqlarının inkişafına əhəmiyyətli dərəcədə töhfə verdiyini vurğulayıb.

Təqdimat zamanı seminar iştirakçılarına metodun tədris prosesində tətbiqi ilə bağlı real nümunələr əsasında interaktiv məşğələ modeli təqdim olunub.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay