UNEC-in Biznes və menecment fakültəsində “Uşaq hüquqlarının qorunması və narkotik vasitələrin gənclərin həyatında törətdiyi fəsadlar” mövzusunda maarifləndirici seminar keçirilib.
Tədbiri giriş sözü ilə açan fakültənin dekan müavini, dosent Elbrus Əkbərov qeyd edib ki, bu kimi seminarlar tələbələr arasında narkotik maddələrin zərərli təsirləri barədə maarifləndirmə işinin aparılması və gənclərin bu təhlükədən qorunması baxımından böyük əhəmiyyət daşıyır.
Seminarda məruzəçi qismində çıxış edən “İqtisadiyyat” kafedrasının baş müəllimi Təranə Şirvanova mövzunu ətraflı təhlil edərək, uşaq hüquqlarının qorunması məsələsinin cəmiyyət üçün aktuallığını vurğulayıb. O, bildirib ki, narkotik vasitələr uşaqların təhsil və inkişaf hüquqlarını məhdudlaşdırmaqla, gələcək nəsillərin iqtisadi potensialına mənfi təsir göstərir, sosial strukturda pozuntular yaradır və gənclərin sağlam gələcəyini risk altına salır.
Sonda tələbələri maraqlandıran sualları cavablandırılıb.