A

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Dizayn Məktəbində Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 80 illik yubileyinə həsr olunmuş tədbirlərin təşkili üzrə Tədbirlər Planına uyğun olaraq alimlərlə görüş təşkil olunub.

Görüşü giriş sözü ilə açan UNEC Dizayn Məktəbinin direktoru dos. Lalə Məmmədova AMEA-nın 80 illik yubileyinin böyük qürur və sevinclə qeyd edildiyini, bu yubileyin təkcə bir qurumun deyil, bütün xalqın elmi-mənəvi irsinin, zəka potensialının və intellektual inkişafının bayramı olduğunu vurğulayıb.

“Dizayn” kafedrasının müdiri dos. Elfanə Qasımova çıxışında qeyd edib ki, AMEA-nın alimləri təkcə təbiət elmlərində deyil, həmçinin humanitar və ictimai elmlərdə də mühüm tədqiqatlar aparırlar. O, AMEA-nın xalqımızın tarixini, dilini, ədəbiyyatını və mədəniyyətini dərindən öyrənmək yolu ilə milli kimliyimizin qorunması və zənginləşməsində əvəzsiz rol oynadığını bildirib.

Görüşdə qonaq qismində iştirak edən AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun Estetika şöbəsinin müdiri, professor Adil Əsədov “Gözəllik fəlsəfəsi” mövzusunda çıxış edib. Professor çıxışında gözəlliyin mahiyyət və təzahür arasında uyğunluq məqamını izah edib və bu ideya əsasında gözəllik fenomeninin özünəməxsus fəlsəfəsi barədə maraqlı fikirlərini auditoriya ilə bölüşüb.

Sonda iştirakçıların mövzu ətrafında sualları cavablandırılıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay