A

Azərbaycan Dövlət İqtisad Universitetinin Türk Dünyası İqtisad fakültəsində “Uşaqların hüquqları və sosial ədalət” mövzusunda seminar təşkil olunub.

Tədbirin məqsədi uşaqların hüquqlarının qorunması, sosial ədalətin təmin olunması və bu istiqamətdə maarifləndirmənin artırılması olub.

Seminarda Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinin (BMDM) I kurs magistrantı Vüsalə Əsədova çıxış edərək, uşaqların hüquqi müdafiəsinin beynəlxalq və milli səviyyədə əhəmiyyəti, sosial bərabərliyin təmin olunmasında təhsil və ailə institutlarının rolu barədə geniş məlumat verib.

Tədbir iştirakçıları mövzu ətrafında müzakirələr apararaq, uşaqların rifahı və sosial ədalətin inkişafı üçün vacib addımlar barədə təkliflər səsləndiriblər.

Seminarın sonunda iştirakçılar qeyd ediblər ki, uşaqların hüquqlarının qorunması hər bir fərdin və cəmiyyətin ümumi məsuliyyətidir.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay