UNEC-in Türk Dünyası İqtisad Fakültəsində 9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə tədbir keçirilib.
Tədbirin məqsədi Azərbaycan dövlətçiliyinin və milli rəmzlərinin təbliği, gənc nəslin milli dəyərlərə hörmət və vətənpərvərlik ruhunda tərbiyə olunması olub.
Tədbiri fakültənin dekan müavini Cavahirxanım Məmmədova açaraq, Azərbaycan bayrağının tarixi, onun dövlət müstəqilliyimizin rəmzi kimi əhəmiyyəti barədə danışıb. O, vurğulayıb ki, üçrəngli bayrağımız xalqımızın azadlıq, birlik və tərəqqi ideyalarını özündə əks etdirir və hər bir azərbaycanlının qürur mənbəyidir.
Daha sonra “İqtisadiyyat və işlətmə” kafedrasının baş müəllimi Nəriman Xanəhmədov çıxış edərək bayrağımızın dövlətçilik tarixindəki mühüm rolu, xalqımızın mübarizəsi və milli kimliyinin simvolu kimi daşıdığı mənəvi dəyər barədə fikirlərini bölüşüb.
Tədbir çərçivəsində iştirakçılar Dövlət Bayrağı Gününə həsr olunmuş videoçarxa baxıblar.