UNEC Dizayn Məktəbində “Konstitusiya və Suverenlik İli”nə həsr olunan maarifləndirici seminar keçirilib.
Seminarda çıxış edən UNEC Dizayn Məktəbinin Tələbə Elmi Cəmiyyətinin sədri, müəllim Nərminə Namazova qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 27 dekabr 2024-cü il tarixli sərəncamı ilə 2025-ci il ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan olunub. O, həmçinin Azərbaycan Respublikasının Konstitusiyasının yaranma tarixi, qəbul prosesi və müasir dövlətçiliyimizin inkişafında onun rolu haqqında ətraflı məlumat verib.
Seminarın sonunda tələbələrin sualları cavablandırılıb.