UNEC-in Ümumi fənlərin tədrisinin təşkili departamenti və “Humanitar fənlər” kafedrasının birgə təşkilatçılığı ilə Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsinin 30 illiyinə həsr olunmuş seminar keçirilib.
Seminarı giriş sözü ilə açan “Humanitar fənlər” kafedrasının müdiri, professor Vəkil Həsənov Azərbaycan Konstitusiya quruculuğunun tarixi inkişaf mərhələləri, dövlət müstəqilliyi dövründə hüquqi dövlətin formalaşması istiqamətində görülən işlər barədə iştitrakçılara ətraflı məlumat verib. O, həmçinin qeyd edib ki, Azərbaycan Respublikasının müstəqilliyini bərpa etdikdən sonra yeni Konstitusiyanın qəbul edilməsi məhz Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə mümkün olub. Yeni Konstitusiya ölkəmizin dövlət quruculuğu, eləcə də hüquqi və demokratik inkişafı baxımından mühüm tarixi sənəd kimi qiymətləndirilib.
Seminarda müstəqil Azərbaycan Respublikasının Konstitusiyasının əsas müddəaları, onun dövlət idarəetməsi, vətəndaş hüquq və azadlıqlarının təminində oynadığı rol barədə iştirakçılara geniş məlumatlar təqdim olunub.
Sonda seminar iştirakçılarının sualları cavablandırılıb.