UNEC-in Biznes və menecment fakültəsində 9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə “Bayrağımız milli kimliyimizdir” mövzusunda seminar keçirilib.
Tədbiri giriş sözü ilə açan fakültənin dekan müavini, dosent Elbrus Əkbərov Azərbaycanın dövlət rəmzlərindən biri olan üçrəngli bayrağımızın xalqımız üçün müqəddəs dəyər daşıdığını vurğulayıb. O, qeyd edib ki, bayrağımız tarix boyu azadlıq, müstəqillik və milli birliyin rəmzi kimi uca tutulub.
Sonra “Humanitar fənlər” kafedrasının professoru Nizami Süleymanov “Dövlət Bayrağının yaranma tarixi” mövzusunda məruzə ilə çıxış edib. O, Azərbaycan Xalq Cümhuriyyəti dövründə üçrəngli bayrağımızın qəbul edilmə tarixi, rənglərin mənası və bayrağın milli kimliyimizdəki rolu barədə ətraflı məlumat verib.
Seminarın sonunda tələbələrin sualları cavablandırılıb.