A

“Konstitusiya və Suverenlik İli” çərçivəsində Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Maliyyə və mühasibat fakültəsində 9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə “Azərbaycan bayrağı – qürur və müstəqillik simvolu kimi” mövzusunda seminar keçirilib.

Tədbir Azərbaycanın azadlığı, müstəqilliyi və ərazi bütövlüyünün qorunması uğrunda canını qurban vermiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.

Tədbiri giriş sözü ilə Maliyyə və mühasibat fakültəsinin dekanı dosent Hafis Hacıyev açaraq, Dövlət Bayrağı Gününün xalqımız üçün dərin mənəvi və tarixi əhəmiyyət daşıdığını vurğulayıb, üçrəngli bayrağımızın Azərbaycan xalqının milli kimliyinin, müstəqilliyinin və suverenliyinin ən ali rəmzi olduğunu qeyd edib, ölkə Prezidenti cənab İlham Əliyevin 2025-ci ili “Konstitusiya və Suverenlik İli” elan etməsinin milli dövlətçiliyimizin möhkəmləndirilməsinə və vətənpərvərlik dəyərlərinin təbliğinə xidmət etdiyini bildirib.

Sonra “Humanitar fənlər” kafedrasının dosenti Cəmilə Həsənova “Azərbaycan bayrağı – qürur və müstəqillik simvolu kimi” mövzusunda çıxış edərək Azərbaycan bayrağının yaranma tarixi, onun üzərindəki rənglərin və simvolların mənası barədə ətraflı məlumat verib, bayrağın yalnız dövlət rəmzi deyil, həm də azərbaycançılıq ideyasının təcəssümü olduğunu və gənc nəslin bu dəyərlərə sədaqət ruhunda yetişməsinin vacibliyini vurğulayıb.

Tədbirin sonunda tələbələrin fikirləri dinlənilib və onları maraqlandıran suallar cavablandırılıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay