A

UNEC-in Biznes və menecment fakültəsində “Göyçə aşıq sənəti ənənələri” adlı tədbir təşkil edilib. Tədbir Şəhidlərin ruhuna ehtiram olaraq bir dəqiqəlik sükutla başlayıb.

Fakültənin dekan müavini, dosent Elbrus Əkbərov giriş nitqində ölkəmizdə aşıq sənətinə olan böyük marağın təsadüfi olmadığını vurğulayaraq, bu sənətin köklərinin türkçülük və soykök dəyərlərimizdən qaynaqlandığını bildirib. O, Aşıq Ələsgərin yaradıcılığının təkcə mədəni irs deyil, həm də tariximizin ayrılmaz hissəsi olduğunu qeyd edib.

“Mədəniyyətin və Milli Ənənələrin Təbliği” İctimai Birliyinin sədri Etibar Məmmədov çıxışında Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı Zəfərin xalqımızın tarixi ədalətə inamını gücləndirdiyini diqqətə çatdırıb. O, üçrəngli bayrağımızın yaxın zamanda Aşıq Ələsgərin vətəni olan Qərbi Azərbaycan torpaqlarında da dalğalanacağına inamını ifadə edib və gənclərin tariximizi dərindən öyrənməsinin vacibliyini vurğulayıb.

“Dədə Ələsgərin Ocağı” İctimai Birliyinin sədr müavini Taleh Əliyev Aşıq Ələsgərin yaradıcılığından, aşıq sənətinə verdiyi töhfələrdən və onun bu günkü aşıq mədəniyyətinin formalaşmasındakı rolundan danışıb. O, Aşıq Ələsgər məktəbinin yalnız saz-söz ənənəsi deyil, həm də bir vətənpərvərlik məktəbi olduğunu qeyd edib.

Tədbirdə Aşıq Ələsgər yaradıcılığını əks etdirən videoçarx nümayiş etdirilib.

Sonda tələbələrin sualları cavablandırılıb.

TOP XƏBƏRLƏR