×

Xəbərdarlıq

Joomla\CMS\Cache\Storage\FileStorage::_deleteFolder JFolder: :delete: Kataloqu silmək alnmadı. Yol: /home/news/web/news.unec.edu.az/public_html/cache/page


A

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Türk Dünyası İqtisad Fakültəsində tələbələr üçün “Rəqəmsal sahibkarlıq” mövzusunda seminar təşkil olunub.

Seminarın spikeri Line Agency Azerbaijan reklam agentliyinin təsisçisi, rəqəmsal marketinq üzrə mütəxəssis Firidun Hacıyev olub.

Firidun Hacıyev son illərdə rəqəmsal marketinq, reklam kampaniyalarının idarə edilməsi, şəxsi brend quruculuğu və rəqəmsal məhsulların hazırlanması sahəsindəki təcrübəsini tələbələrlə bölüşüb. O, həm agentlik, həm də fərdi layihələr üzərindən bizneslərə rəqəmsal strategiyalar qurmaq istiqamətində fəaliyyət göstərdiyini qeyd edib.

Seminarda tələbələrə rəqəmsal dövrün yaratdığı imkanlar, az kapitalla biznesə başlama yolları, kontent yaratmağın gücü, niş seçiminin əhəmiyyəti və AI alətlərindən effektiv istifadə kimi mövzular təqdim olunub.

Seminar iştirakçıları üçün sual-cavab sessiyası da təşkil olunub. Spiker rəqəmsal sahibkarlıq sahəsində addım atmaq istəyən tələbələrə dəstək göstərməyə hazır olduğunu bildirib.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay