A

UNEC-in SABAH qruplarının “Qida mühəndisliyi” ixtisası üzrə təhsil alan tələbələri istehsalat təcrübələrini artırmaq və nəzəri biliklərini praktiki mühitdə möhkəmləndirmək məqsədilə “Milla Dairy” MMC müəssisəsində ekskursiyada olublar.

Ekskursiya müəllim dosent Nazilə Axundovanın, “Mühəndislik və tətbiqi elmlər” kafedrasının “Qida mühəndisliyi” ixtisasının rəhbəri dosent Mehriban Məhərrəmovanın və müəllim dosent Aynur Babaşlının rəhbərliyi ilə təşkil edilib.

Səfər zamanı tələbələr müəssisədə süd və süd məhsullarının istehsal prosesi ilə mərhələli şəkildə tanış olub, südün qəbulundan başlayaraq emalı, pasterizasiyası və hazır məhsula çevrilməsi proseslərini yerində müşahidə ediblər. Onlara süd, pendir, xama və yoqurt kimi məhsulların istehsal texnologiyaları, bu məhsulların keyfiyyət göstəriciləri, eləcə də istehsal zamanı istifadə olunan mayaların hazırlanması, fermentasiya və qıcqırma proseslərinin elmi əsasları barədə ətraflı məlumat verilib.

Bununla yanaşı, tələbələr müəssisənin laboratoriyasında aparılan fiziki-kimyəvi və mikrobioloji analizlərlə tanış olub, süd və süd məhsullarının keyfiyyətinə nəzarət üsulları haqqında mütəxəssislərdən geniş izahat alıblar.

Sonda müəssisə rəhbərliyi tərəfindən tələbələrə xatirə hədiyyələri təqdim edilib.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay