A

UNEC Rus İqtisad Məktəbində “Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə semestr ərzində keçirilən daxili çempionatın final mərhələsi baş tutub.

Gərgin mübarizə şəraitində keçən yarışda qalib yalnız son sualdan sonra müəyyənləşib. Final mərhələsində həlledici sualı düzgün cavablandıran və çempionat boyunca nümayiş etdirdiyi stabil oyun nəticəsində “Felix Felicis” komandası çempion adına layiq görülüb.

Yarışın yekununda ilk üç yeri tutan komandalara, eləcə də oyunların təşkilində və keçirilməsinə dəstək göstərən UNEC Rus İqtisad Məktəbinin Diplomatiya təşkilatının üzvlərinə hədiyyələr təqdim edilib.

TOP XƏBƏRLƏR