A

UNEC-in Ümumi fənlərin tədrisinin təşkili departamentində 20 Yanvar faciəsinin 36-cı ildönümünə həsr olunmuş xüsusi dərslər keçirilib.

Tədbir çərçivəsində “Humanitar fənlər” kafedrasının dosenti Ramin Qurbanov və kafedranın baş müəllimi Rafiq Verdiyev tələbələr qarşısında çıxış edərək 20 Yanvar hadisələrinin Azərbaycan xalqının azadlıq və müstəqillik uğrunda mübarizə tarixində mühüm mərhələ olduğunu diqqətə çatdırıblar. Çıxışlarda bu faciənin xalqımızın milli ruhunu daha da gücləndirdiyi, müstəqillik yolunda dönüş nöqtəsi olduğu vurğulanıb.

Bildirilib ki, Vətən uğrunda canlarını fəda edən şəhidlərimizin xatirəsi daim əziz tutulacaq, onların qanı bahasına qazanılan azadlıq və suverenlik bundan sonra da qorunacaqdır

TOP XƏBƏRLƏR