UNEC Rus İqtisad Məktəbində 20 Yanvar faciəsinə həsr olunmuş tədbir keçirilib.
Tədbir zamanı tarix üzrə fəlsəfə doktoru Anar Eyyubov tələbələr qarşısında çıxış edərək 20 Yanvar hadisələrinin başvermə səbəbləri, Moskvanın bu addımı ilə üzə çıxan məkrli niyyətləri və imperiya mahiyyəti barədə ətraflı məlumat verib.
Çıxışı zamanı həmin hadisələrin bilavasitə şahidi olduğunu qeyd edən Anar Eyyubov öz xatirələrini tələbələrlə bölüşərək, 20 Yanvar faciəsinin mahiyyətinin gənclər tərəfindən daha dərindən və əyani şəkildə dərk olunmasına töhfə verib.