UNEC-in Beynəlxalq Magistratura və Doktorantura Mərkəzində 20 Yanvar faciəsinin 36-cı ildönümünə həsr olunmuş dəyirmi masa keçirilib.
Tədbirdə 1990-cı il yanvarın 20-də Azərbaycan xalqına qarşı törədilmiş qanlı faciənin tarixi-siyasi mahiyyəti, bu hadisənin milli azadlıq mübarizəmizdə tutduğu mühüm yer və müstəqillik yolunda nümayiş etdirilən qəhrəmanlıq nümunələri ətrafında geniş müzakirələr aparılıb.
Çıxış edənlər 20 Yanvar faciəsinin Azərbaycan tarixində yalnız ağır bir faciə deyil, eyni zamanda xalqımızın sarsılmaz iradəsinin, milli birlik və həmrəyliyinin parlaq təzahürü olduğunu vurğulayıblar.
Tədbir iştirakçıları 20 Yanvar şəhidlərinin əziz xatirəsinin daim uca tutulmasının hər bir azərbaycanlının mənəvi borcu olduğunu bildirmiş, bu tarixi hadisənin gənc nəsillərə düzgün və obyektiv şəkildə çatdırılmasının vacibliyini qeyd ediblər.