Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Maliyyə və mühasibat fakültəsində 20 Yanvar faciəsinin otuz altıncı ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.
Tədbir Azərbaycan xalqının azadlığı və müstəqilliyi uğrunda canlarından keçmiş bütün şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Tədbiri giriş sözü ilə Maliyyə və mühasibat fakültəsinin dekanı dosent Hafis Hacıyev açaraq, 20 Yanvar hadisələrinin xalqımızın milli iradəsinin sarsılmazlığının, azadlıq əzminin və qəhrəmanlığının bariz nümunəsi olduğunu vurğulayıb, dinc əhaliyə qarşı törədilmiş bu qanlı cinayətin Azərbaycan xalqının mübarizə ruhunu sındıra bilmədiyini, əksinə, müstəqilliyə gedən yolu daha da sürətləndirdiyini qeyd edib.
“Humanitar fənlər” kafedrasının dosenti Cəmilə Həsənova çıxış edərək 20 Yanvar faciəsinə verilmiş hüquqi-siyasi qiymətin tarixi həqiqətlərin üzə çıxarılmasında mühüm rol oynadığını bildirərək, bu hadisələrin Azərbaycan xalqının azadlıq və müstəqillik iradəsinin zorakılıqla sındırıla bilmədiyini sübut etdiyini, şəhidlərin göstərdiyi misilsiz fədakarlığın milli yaddaşımızda əbədi yaşayacağını və bu irsin gənc nəslə ötürülməsinin milli birliyin və dövlətçilik düşüncəsinin möhkəmlənməsi baxımından xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.
Tədbirin sonunda tələbələri maraqlandıran suallar cavablandırılıb.