UNEC-in Türk Dünyası İqtisad Fakültəsi və 2 saylı kitabxanası ilə birgə Xocalı soyqırımının anım günü ilə əlaqədar tədbir təşkil olunub.
Tələbələrə Xocalıda baş vermiş faciənin tarixi həqiqətləri, dinc əhaliyə qarşı törədilmiş qətliam və xalqımızın yaddaşında silinməz iz buraxan qanlı gecə haqqında ətraflı məlumat verilib.
Tədbiri giriş sözü ilə fakültə dekanı Dr. Yusif Əliyev açaraq Xocalı faciəsinin Azərbaycan tarixində ən ağrılı səhifələrdən biri olduğunu vurğulayıb və bu həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılmasının vacibliyini qeyd edib.
Dekan müavini Cavahirxanım Məmmədova çıxış edərək gənclərin milli kimlik və dövlətçilik ruhunda formalaşmasının, tariximizi unutmamasının önəmini diqqətə çatdırıb.
UNEC 2 saylı kitabxananın müdiri Rəsmiyyə Rzayeva çıxışında ermənilərin xalqımızın başına gətirdiyi faciələrdən bəhs edən kitablar haqqında məlumat verib və tələbələrə bu nəşrlərlə daha yaxından tanış olmağı tövsiyə edib.
Sonda "İqtisadiyyat və İşlətmə" kafedrasının baş müəllimi Nəriman Xanəhmədov çıxış edərək, Xocalı soyqırımının unudulmamasının və bu həqiqətlərin gələcək nəsillərə ötürülməsinin hər birimizin vətəndaşlıq borcu olduğunu bildirib.