Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Azerbaijan Business Case Competition 2026 (ABCC) müsabiqəsinin ilk sessiyası keçirilib.
Sessiya zamanı tələbələrə müsabiqənin məqsədi, mərhələləri və qiymətləndirmə meyarları barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, ABCC iştirakçılara real biznes halları üzərində işləmək, praktik və əsaslandırılmış həllər hazırlamaq, eləcə də ideyalarını peşəkar münsiflər heyətinə təqdim etmək imkanı yaradır.
İlk sessiya çərçivəsində iştirakçılar müsabiqənin tələbləri ilə yaxından tanış olub, qarşıdakı seçim mərhələlərinə hazırlıq istiqamətində ilkin bilik və bacarıqlar əldə ediblər.
Cari ildə müsabiqəyə UNEC-dən 13 komanda qoşulub və iştirakçıların əsas hissəsini Beynəlxalq İqtisadiyyat Məktəbinin (ISE) tələbələri təşkil edir.
Hazırda müsabiqənin seçim mərhələləri davam edir və komandalar növbəti mərhələyə vəsiqə qazanmaq uğrunda mübarizə aparırlar.